7 C
Baku
Thursday, December 12, 2024

“Bakı Sığorta”nın rəhbərliyindən “ünvan” açıqlaması

“Bakı Sığorta” ASC 28.01.2021-ci il tarixdən yeni ünvanda fəaliyyət göstərəcək.

Banker.az xəbər verir ki, bu barədə sığorta şirkətinin rəhbərliyinin açıqlamasında deyilir.

28 yanvar 2021-ci il tarixdən “Bakı Sığorta”nın baş ofisi Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 62 ünvanında, Sığorta Hadisələrinin Tənzimlənməsi xidməti isə Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 15 ünvanında xidmət göstərəcəkdir.

Xatırladaq ki, “Bakı Sığorta” 1994-cü ildə “Tural Sığorta” adı ilə yaradılıb, 2007-ci ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 8.9 milyon manatdır.

Şirkətin qanuni olaraq Bakı şəhəri, Nəsimi rayonu, Xəqani, ev 21 ünvanındadır.

Şirkətin səhmdarları “Bank Respublika” ASC (51.29%), “Toyota Absheron Center” MMC (9.38%), “Subaru Azərbaycan” MMC (9.38%), “Yeni Motor” MMC (9.38%), Murad Rəhimov (6.97%), Behbud Nəcəfov (6.93%) və “Ekolizinq” MMC-dir (6.68%).

Son xəbərlər
Digər xəbərlər