2021-ci ilin yanvar-fevral aylarında Naxçıvan Muxtar Respublikasında informasiya və rabitə müəssisələri tərəfindən 10 milyon 140 min manatlıq xidmət göstərilib.
“Banker.az”a Naxçıvan Statistika İdarəsindən bu haqda məlumat verilib.
Belə ki, ötən ilin analoji dövrü ilə müqayisədə göstərilmiş informasiya və rabitə xidmətlərinin dəyəri 2 ayda 8.2 faiz artıb.
Qeyd edək ki, ötən il informasiya və rabitə müəssisələri tərəfindən 9 milyon 373 min manatlıq xidmət göstərilib.