“Content Review” analitika agentliyi 1 Gb internetin ən ucuz olduğu ölkələrin reytinqini hazırlayıb. Reytinqin tərtib edilməsində dünyanın 50 ölkəsi müqayisə edilib.
Banker.az bu barədə “Vesti.ru”ya istinadən xəbər verir.
İnternetin ən ucuz olduğu ölkələr bunlardır: Hindistan (0.12 dollar), Rusiya (0.33 dollar), İndoneziya (0.38 dollar), Malayziya (0.48 dollar), Türkiyə (0.50 dollar), Əlcəzair (0.55 dollar), Qazaxıstan (0.58 dollar), İran (0.72 dollar), Sinqapur (0.78 dollar), Nigeriya (0.88 dollar).
Limitsiz internetin qiyməti üzrə sıralanma isə aşağıdakı kimidir: Rusiya (11 dollar), Rumıniya (17.7 dollar), Hindistan (18.5 dollar), İsrail (19 dollar), Qazaxıstan (19.5 dollar), Meksika (21.4 dollar), İraq (21.9 dollar), Əlcəzair (22.8 dollar), Polşa (23 dollar), Tailand (30.6 dollar).
Qeyd edək ki, 2020-ci ildə 1 Gb internetin qiyməti 2.54 dollardan 2.57 dollara yüksəlib. Bu, karantin dövründə şəbəkəyə yükün artması ilə əlaqəli olub.