Prezident İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, prezidentlər Dağlıq Qarabağla bağlı 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatlarda təsbit olunmuş müddəaların tətbiqinin praktiki aspektlərini nəzərdən keçiriblər.
Vladimir Putin eyni zamanda Ermənistanın baş naziri Nikol Paşinyanla da telefonla danışıb.