Yunanıstanda koronavirusla bağlı karantin rejimi daha 1 həftə uzadılıb.
Bu barədə ölkənin mülki müdafiə nazirinin müavini Nikos Hardalias məlumat verib.
Onun sözlərinə görə, epidemioloji vəziyyətlə əlaqədar olaraq karantin rejimi 16 – 22 mart tarixləri arasında davam edəcək.
Bildirilib ki, bu müddət ərzində əvvəllər tətbiq olunan bütün məhdudiyyətlər qüvvədə olacaq. Belə ki, maska taxmaq məcburidir və komendant saatı 21:00- 05:00 arasında tətbiq ediləcək. Həmçinin, bərbərxana və mağazaların fəaliyyəti olduğu kimi, yəni qeyi-işlək vəziyyətdə olacaq.
Maska taxmamağa görə cərimə 300 avrodur.
Bundan əlavə, nazir məktəblərin martın 29-dək bağlı qalacağını, dərslərin onlayn formatda aparılacağını açıqlayıb.