23 C
Baku
Thursday, October 10, 2024

Nazir müavini: “Əmanətlərdə illik gəlirin 500 manatdan çox olan hissəsindən gəlir vergisi tutulacaq”

Vətəndaşların bank əmanətlərindən əldə etdiyi faizin gəlir vergisinə cəlb olunmasını nəzərdə tutan dəyişiklik Milli Məclisin iqtisadi siyasət komitəsində qəbul olunub.

Komitənin dekabrın 29-da keçirilən iclasında Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər müzakirəyə çıxarılıb. İclasda iştirak edən vergilər nazirinin birinci müavini Natiq Əmirov bildirib ki, dəyişikliyə görə, yerli bankların və xarici bankların Azərbaycandakı filiallarının fiziki şəxslərin əmanətləri üzrə ödədiyi illik faiz gəlirlərinin 500 manatadək olan hissəsi gəlir vergisindən azaddır: “İllik gəlirin 500 manatdan çox olan hissəsindən isə gəlir vergisi tutulacaq. Məsələn, əmanətçinin bir bankda 30 min manat həcmində əmanəti olarsa, həmin şəxs ildə 300 manat gəlir vergisi ödəməli olacaq. Əgər əmanətçi gəlir vergisindən azad olmaq istəyirsə, o zaman bu məbləği altı bankda illik gəliri 500 manatdan çox olmamaq şərti ilə yerləşdirə bilər”.

Layihə dəstək qazanaraq Milli Məclisin plenar iclasına tövsiyə olunub. Parlament bu məsələyə dekabrın 30-da baxacaq.

Son xəbərlər
Digər xəbərlər