2020-ci il ərzində Azərbaycanda 12.2 milyard manat məbləğində investisiya qiymətli kağızlarının dövlət qeydiyyatı həyata keçirilib.
“Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bunun 1.291 milyard manatı (11 %-i) 41 korporativ istiqrazların buraxılışının, 0.766 milyard manatı (6 %-i) 119 səhm buraxılışının, 10.115 milyard manatı (83 %-i) isə dövlət qiymətli kağızlarının buraxılışının payına düşür.
Dövlət qiymətli kağızlarının 7.19 milyard manatı AMB-nin qısamüddətli notlarının buraxılışının, 2.925 milyard manatı isə dövlət istiqrazlarının buraxılışının qeydiyyatı ilə əlaqədar olub.