6 C
Baku
Sunday, December 15, 2024

“Tesla”nın investoru İlon Maskı məhkəməyə verdi

“Tesla”nın investorlarından biri şirkətin sahibi İlon Maskın məhkəməyə verib.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

İddiaçının sözlərinə görə, Mask sosial mediadakı fəaliyyətini əvvəlcədən vəkillər tərəfindən təsdiqlənməsi barədə ABŞ Qiymətli Kağızlar və Birjalar Komissiyası (SEC) ilə razılaşmasına baxmayaraq, öz “tvitləri” ilə şirkətə milyardlarla dollarlıq ziyan vurub.

O, 105 səhifəlik sənəddə “Tesla”nın idarə heyətini İlon Maskın davranışını cilovlaya bilməməkdə günahlandırır. Bəyanatda deyilir: “Maskın nəzarətsiz “tvitləri” şirkətin maliyyələşdirmə qabiliyyətinə ciddi şəkildə təsir göstərir”, davranışı isə ona qarşı durmalı olan investorların səsini “boğur”.

Xüsusilə, iddiaçı Maskın 2020-ci ilin may ayında yayımladığı “tivitini” nümunə gətirir. Xatırladaq ki, şirkət rəhbəri “Tesla” səhmlərinin dəyərinin “olduğundan yüksək” qiymətləndirildiyini yazmışdır. Bu “tvitdən” sonra səhmlər 11% ucuzlaşmışdır.

2018-ci ildə İlon Mask dələduzluqda günahlandırılıb. Requlyator (SEC) Maskın “Tesla” ilə bağlı planlarından narahat olub: o, şirkəti özəlləşdirmək istədiyi barədə “tvit” yayıb. Daha sonra Mask səhmləri geri almaq fikrindən daşınıb.

Son xəbərlər
Digər xəbərlər