“Expressbank” ASC-də daha bir peşəkarın təyinatı baş verib. Roma Əliyev Ödəniş sistemlərinin idarəedilməsi departamentinə direktor təyin edilib. Bu barədə Banker.az-a Bankdan bildirilir.
Roma Əliyevin bank sahəsində 20 ildən artıq təcrübəsi var. O, 2011-ci ildən Bank “BTB” ASC-də Əməliyyat departamentinin direktoru vəzifəsində çalışıb.
Daha öncə isə “Bank Standard”da 13 illik fəaliyyəti zamanı o, Əməliyyat departamentinin Plastik kartlar şöbəsinin müdiri olub.