8 C
Baku
Friday, December 13, 2024

“Bank of America” 2022-ci ildə “Brent”in qiyməti ilə bağlı proqnozunu artırdı

“Bank of America” tələbin gözlənilən artımı fonunda 2022-ci ildə “Brent” markalı neftin qiyməti ilə bağlı proqnozunu artırıb.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Mütəxəssislərin ehtimallarına görə, 2022-ci ildə neftin qiyməti 60 dollar təşkil edəcək.

“Ehtiyatların azalması, OPEC+ tərəfindən ciddi nəzarətin olması və tələbin gözlənilən artımı fonunda “Brent” markalı neftin qiymətləri üçün uzunmüddətli proqnozumuzu (2022-ci il üçün) 55 dollardan 60 dollara qaldırdıq”, – mesajda deyilir.

Bank mart ayının əvvəlində OPEC+ ölkələrinin 2021-ci ilin aprel ayı üçün neft hasilatı səviyyəsinə dair gözlənilməz bir qərar verdiyini xatırladıb. Əvvəlki razılaşmalar hasilatı gündə 1-1.5 milyon barel artırmağa imkan yaratmasına baxmayaraq, mövcud istehsal səviyyəsini olduğu kimi saxlamaq qərarı verilib. Yalnız Rusiya və Qazaxıstan üçün istisnalar var – bu ölkələr hasilatı gündə 150 min barel artıra bilərlər. Eyni zamanda, Səudiyyə Ərəbistanı könüllü olaraq gündəlik hasilatı 1 milyon barel azaltmağa davam edəcək.

Analitiklərin fikrincə, OPEC+ ölkələrinin istehsal artımı yalnız altı-doqquz ay ərzində baş verəcək.

Neft istehlakındakı zirvənin 2030-cu ildə keçə biləcəyinə baxmayaraq, yaxın beş ildə onun qiymətinin nisbətən yüksək olacağı gözlənilir. Bunun səbəbi həm OPEC+ ölkələri tərəfindən təsdiqlənən məhdudiyyətlər, həm də tələbi dəstəkləmək cəhdləri olacaq. “İstehlakın 1970-ci illərdən bəri ən yüksək sürətlə böyüməsi ilə qarşıdakı üç ildə güclü bir neft tələbi pəncərəsinin meydana çıxacağını gözləyirik”, – deyə analitiklər qeyd edirlər.

Ekspertlər neft qiymətlərinin bir barel üçün 100 dollardan yuxarı qalxdığı “super dövr”ün təkrarlanmasını gözləyirlər. Məsələ burasındadır ki, son illərdə neft şirkətləri alternativ enerjinin inkişafı gözləntiləri fonunda kapital qoyuluşlarını kəskin azaldıblar. Bununla birlikdə, pandemiyanın nəticələrini aradan qaldırmaq üçün iqtisadiyyatı dəstəkləyən dövlət proqramları neftə olan tələbi artıracaq. Nəticədə, “Bank of America”ya görə, bazar neft çatışmazlığı ilə üzləşə bilər.

Son xəbərlər
Digər xəbərlər