10 C
Baku
Thursday, December 12, 2024

Balıqçılar kvota üçün 104 min manat ödəyiblər

Balıq və digər su bioloji resurslarından istifadə qaydalarına  müvafiq olaraq, ölkədə 2020-ci ildə 179 hüquqi və fiziki şəxsə  balıq və digər su bioloji resurslarının ovu üçün verilmiş 2097.5 ton kvotaya qarşı 2088.5 ton balıq ovlanmışdır.

Banker.az DSK-ya istinadən xəbər verir ki, ovlanmış balığın  1615.7 tonu kilkə, 105.2 tonu kütüm, 81.8 tonu siyənək, 70.7 tonu kefal, 58.3 tonu külmə, 40.8 tonu çapaq, 41 tonu çəki,  18.1 tonu dabanbalığı, 10.5 tonu sıf, 8.9 tonu şamayı, 5.1 tonu naxa, 3.5 tonu qarasol, 2.2 tonu xəşəm, 26.7 tonu digər balıq
növlərinin payına düşmüşdür.

2020-ci ildə balıqçılar tərəfindən kvota üçün 103.7 min manat ödənilmişdir.

Kvota üzrə ovlanmış balıq da nəzərə alınmaqla hüquqi və  fiziki şəxslər tərəfindən ümumilikdə 2020-ci ildə ilkin məlumata görə 61217 ton balıq ovlanmışdır ki, bu da 2019-cu ildəkindən 3 faiz azdır.

Son xəbərlər
Digər xəbərlər