12 C
Baku
Wednesday, December 11, 2024

Cek Manın fintex şirkəti 200 mlrd. dollardan yüksək qiymətləndirilib

Çinli milyarder Cek Manın sahib olduğu “Ant Group” şirkəti 2020-ci ildə investorlar tərəfindən 200 milyard dollardan yüksək qiymətləndirilib.

Banker.az bu barədə “Forbes.ru”ya istinadən xəbər verir.

Yeni qiymət şirkətin 2018-ci ilin son maliyyələşdirmə mərhələsində aldığı qiymətdən ən az üçdə bir qədər yüksəkdir. Həmin ildə şirkət 14 milyard dollar cəlb etmişdir, “The Wall Street Journal” onun 150 milyard dollar dəyərində qiymətləndirildiyini qeyd etmişdir.

Bununla yanaşı, yeni qiymət “Ant Group”un IPO-dan sonra alacağını gözlədiyi kapitallaşmadan xeyli azdır. “Bloomberg” yerləşdirmədən əvvəl şirkətin dəyərinin 315 milyard dollar olduğunu bildirir. Qeyd edək ki, “Ant Group” IPO zamanı 34.5 milyard dollar qazanmağı planlaşdırıb, sonra bu məbləğ 37 milyard dollara yüksəlib. Lakin Çin requlyatorunun müdaxiləsindən bir gün sonra yerləşdirmə təxirə salınıb.

IPO-nun baş tutmaması və sonrakı yoxlamalar “Ant Group”un oktyabr-dekabr aylarında apardığı işin nəticələrinə çox da təsir etməyib. Lakin hökumətin təzyiqi altında şirkət banklara tətbiq olunan yeni tələblərə (məsələn, kapitala) əməl etməlidir və şirkətin strukturunu maliyyə holdinqinə çevirməlidir. Bu səbəbdən “Ant Group”un dəyəri azala bilər.

“WSJ” mənbələrinə görə, səlahiyyətlilər startapdan onun olan “Alibaba”dan Madan uzaqlaşmağı və daha çox partiya xəttinə sadiq qalmağı tələb edirlər. Martın 12-də şirkətin CEO-su Simon Hu istefa verib.

Son xəbərlər
Digər xəbərlər