Bu ilin yanvar-fevral ayında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 10 762 ton qarğıdalı idxal edib.
Banker.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu həcmdə qarğıdalının dəyəri 3 174 min ABŞ dolları təşkil edib.
Hesabat dövründə qarğıdalının idxalı ölkənin ümumi idxalındakı payı 0.20 % olub.