2021-ci ilin ilk iki ayı ərzində Azərbaycanda 148.9 min ton həcmində avtomobil benzini, 356.3 min ton həcmində dizel yanacağı istehsal edilib.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinin 2021-ci ilin yanvar-fevral ayı üçün təqdim etdiyi statistik göstəricilərdə qeyd edilir.
Avtomobil benzinin istehsalı illik müqayisədə 35.3 faiz azalmış, dizel yanacağı istehsalı isə 4.2% azalmışdır.
Neft-kimya sənayesində istifadə üçün benzin istehsal həcmi 76.3 min ton (+73%), ağ neft istehsalı 65.3 min ton (-34.8%), yanacaq mazutu 4.1 min ton (-79.4%), sürtük yağları 5.2 min ton (-1.9%), neft bitumu 23.3 min ton (-22.8%) və neft kokusu isə 41.8 min ton (+5.8%) olmuşdur.