2021-ci ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrə 5 milyon 694 min ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib.
Banker.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
İxrac edilmiş bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsullarının ümumi dəyəri 2 045 milyard ABŞ dolları təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə neft məhsullarının həcmi 0.3 % artıb, dəyəri isə 25% azalıb.