Azərbaycan soya yağı üzrə məhsulların idxal həcmini böyük fərqlə, 2.83 dəfə artırıb.
Banker.az xəbər verir ki, Azərbaycan 2021-ci ilin ilk ayında 14.18 min ton həcmində bu bitkinin ekstraksiyası nəticəsində alınan cecələr və digər bərk tullantıları idxal edilib.
Bu məhsullar üzrə idxalın həcmi cari ilin yanvarında 8 milyon 339.24 min ABŞ dolları təşkil edib.
Azərbaycan 2021-ci ildə dünyanın ən böyük soya ixracatçılarından biri olan Argentinanı əsas ticarət tərəfdaşı kimi saxlayıb. Bu ölkədən 5.45 min ton həcmində soya məhsulları idxal edib ki, bunun da idxal dəyəri 3 milyon 54.43 min dollar olması deməkdir.
Cənubi Amerikanın digər ölkəsi Paraqvaydan idxalı bu il tam dayandırıb, onun yerinə, yaxın şimal qonşu Rusiyanı (2.26 min ton) və okeanın o tayında olan Braziliyanı (3.06 min ton) seçib.