10 C
Baku
Friday, December 13, 2024

Şəkər Azərbaycan üçün “valyuta gətirən” məhsula çevrilir

Azərbaycan 2021-ci ilin ilk ayında xaricə ixrac etdiyi  ağ şəkərin həcmini 1.91 min ton, yaxud 65% artırıb.

Banker.az-ın rəsmi rəqəmlərə istinadən xəbərinə görə, Azərbaycan xaricə 3.07 min ton həcmində ağ şəkər və kimyəvi cəhətdən təmiz digər saxaroza ixrac edib. Buna görə 1 milyon 512.73 min ABŞ dolları ölkəyə valyuta daxil olub. Öncəki ilin yanvarında bu cəmi 511.42 min dollar idi.

İxrac edilmiş bu qida məhsulunun 512 tonunu ($256.61 min) Özbəkistana, 256 tonunu ($130.61 min) Tacikistana, 2 048 tonunu ($993.28 min) Türkmənistana və 210 tonu ($100.5 min) İraqa ixrac edilib.

Xaricdən ağ şəkərin idxal həcmi isə 1.37 min ton ($702.6 min) təşkil edib. Bu öncəki illə müqayisədə həcm baxımdan 77%, idxal dəyəri baxımdan 65% azaldıb.

Son xəbərlər
Digər xəbərlər