10 C
Baku
Wednesday, December 11, 2024

IEA: OPEC+ çərçivəsində hasilatın ixtisarı ehtiyatların azalmasına gətirib çıxaracaq

OPEC+ iştirakçısı ölkələrində bu ilin fevral ayında gündəlik neft hasilatı 39,46 milyon barel olub ki, bu da yanvar səviyyəsindən 0,6 milyon barel azdır.

Beynəlxalq Enerji Agentliyinin (IEA) son hesabatına görə, hasilatın ixtisarına dair razılaşma yanvar ayında 103 faiz, fevralda isə 112 faiz yerinə yetirilib.

O cümlədən OPEC-ə üzv ölkələri həmin razılaşmanı 125 faiz yerinə yetirərək gündəlik hasilatı 21,73 milyon barelə, qeyri-OPEC ölkələri də 89 faiz yerinə yetirərək 14,7 milyon barelədək azaldıblar.

Xatırladaq ki, yanvar ayında OPEC+ formatının iştirakçısı ölkələrinin görüşündə fevral – mart ayları üçün hasilatın həcminə dair razılaşıblar. O cümlədən Səudiyyə Ərəbistanı hasilatı əlavə olaraq 1 milyon barel ixtisar etmək öhdəliyi götürmüşdü. Rusiya və Qazaxıstana isə əksinə, məcmu olaraq 150 min barel artırmaq imkanı verildi.

İEA ekspertlərinə görə, OPEC+ çərçivəsində hasilatın böyük miqdarda ixtisarı ilin ikinci yarısında ehtiyatların xeyli azalmasına gətirib çıxaracaq.

“Amma hələlik anbarlarda və tankerlərdə olan neft ehtiyatları dünya bazarını lazımınca təchiz etmək üçün kifayətdir”, – deyə hesabatda bildirilir.

OPEC+ formatında razılaşma 2017-ci ildə əldə edilsə də, 2020-ci ildə koronavirus pandemiyasının səbəb olduğu tələbat azlığı ilə bağlı yeniləndi. Beləliklə, ötən ilin may ayından gündəlik hasilatın həcmi (2018-ci ilin oktyabr səviyyəsinə, Səudiyyə Ərəbistanı və Rusiya üçün 11 milyon barel həcminə nisbətən) 9,7 milyon barel, avqust-dekabr ayları ərzində də 7,7 milyon barel ixtisar edildi. Sonradan bazarda tələbat artdıqca razılaşmanın şərtləri də yeniləndi, cari ilin mart ayı üçün 7,05 milyon barel, apreldə 6,9 milyon barel, Səudiyyə Ərəbistanının əlavə öhdəliyi nəzərə alınmaqla isə müvafiq olaraq 8,05 və 7,9 milyon barel həcmində müəyyənləşdirilib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər