“Sosial Xidmətlər Agentliyi” publik hüquqi şəxsinin elan etdiyi tenderin qalibi “Çinar Park” ASC olub.
Banker.az xəbər verir ki, tenderdə Sosial Xidmətlər Agentliyinin aparatı üçün ofis sahəsinin və anbarın icarəsi xidmətlərinin satın alınması nəzərdə tutulur.
Agentlik “Çinar Park”a buna görə 245 376 manat ödəyəcək.
Qeyd edək ki, “Çinar Park” şirkətinin nizamnamə kapitalı 115 min 388 manat göstərilib.