6 C
Baku
Sunday, December 15, 2024

Uğursuzsunuzmu?!

Nəyə görə bir çox bacarıqlı insanlar yüksək səylərinə baxmayaraq hələ də uğur əldə edə bilmir? Prezident Riçard Niksonun nitqinin tərtibatçısı və Hollywood ssenaristi olan Benjamin Staines uzun illər ərzində bu suala cavab axtarmışdır. O öz müşahidələri əsasında uğurlu insanlarla uğur qazana bilməyən şanssız insanlar arasındakı əsas fərqləri tərtib etmişdir.

Özünü aldatma

Uğursuz insanlar daim özlərini aldatmaq ilə məşğuldurlar. Unutmayın ki, digər insanları aldatmaqla müəyyən zaman qazana bilərsiniz, lakin daim özünüzə yalan demək və boş təsəllilər tapmaqla həyatda çox şeyə nail ola bilməyəcəksiniz.

Qeyri-məhsuldarlıq

Bu həyatda faizlər yatırılmış kapitala uyğun olaraq artır. Bu kapital maddi və insani xarakter daşıya bilər. Uğur yüksək səy və aylıq ağır zəhmət hesabına əldə edilir. Uğursuz insanlar bu həqiqəti dərk etmədən yaşayırlar.

Dostlara qarşı ədalətsizlik

Uğursuz insanlar onlara faydasız olan insanlara qarşı xoş davranışlı olduqları halda, onlara xoş davranan insanlara qarşı isə ehtiyatlı və qəddar olurlar. Onlar dostlaşmaq və münasibət qurmaq məsələlərində elə də bacarıqlı deyillər.

Pis davranışlar

Uğursuz insanlar patoloji olaraq tərbiyə əldə etməyən şəxslərdir. Onlar qaydaları rədd edir, görüşlərə gecikir, laqeydlik göstərir, yaxşılıqlara görə təşəkkür etməyi unudurlar. Onlar öz haqsızlıqlarını və səhvlərini etiraf etmək iqtidarında deyillər.

Geyimdə zövqün olmaması

Uğursuz insanlar öz zövqsüzlüyü ilə seçilir. Onlar lazımi görüşlərə ən uyğunsuz geyimlərdə getmək iqtidarındadırlar. Bununla onlar özlərinin bura aid olmaqdıqlarını bir növ iddia etmiş olurlar.

Lazımsız mübahisələr

Uğursuzlar mübahisə xətrinə mübahisə etməyi sevirlər. Onlar zamana hörmət etmirlər. Belə insanlar mübahisə yaradaraq ətrafdakı insanların diqqətini öz qiymətləndirmələrinə çəkmək istəyirlər. İnsanların boş mübahisələri ayıracaq vaxtı yoxdur!

Hər şeyi bir qədər sonraya təxirə salmaq

Uğursuzlar prioritet təşkil etməyi bacarmırlar. Onlar prioritetlərin – mütləq olduğunu dərk etmirlər. Zaman heç vaxt heç nəyə kifayət etməsə də, ən əsas və vacib olana bəs edər.

Son xəbərlər
Digər xəbərlər