Təxminən beş il davam edən məhkəmə çəkişmələrindən sonra “Uber” 70 mindən çox sürücüsünə maaş ödəməyə başlayacaq.
Banker.az “Vc.ru”ya istinadən xəbər verir, bu barədə şirkətin direktoru Dara Xosrovşahi məlumat yayıb.
“Keçən ay İngiltərə Ali Məhkəməsinin qərarından sonra sürücülərin hüquqları ilə bağlı məhkəmə çəkişməsini davam etdirə bilərdik, lakin biz səhifəni çevirməyə qərar verdik. Bu gündən etibarən İngiltərədəki sürücülərə işçi kimi yanaşılacaq”, – deyə top-menecer vurğulayır.
Qeyd edək ki, yerli qanunvericiliyə uyğun olaraq hər bir işçi sosial təminatlara sahib olmalıdır. “Uber”in qərarı sürücülərin məzuniyyət, minimum əmək haqqı və pensiya müavinəti alacaqları deməkdir.
Top-menecer sürücülərin tez-tez bir neçə aqreqatorla əməkdaşlıq etdiklərini xatırladıb. O, “öz hüquqi döyüşləri ilə mübarizə aparan” rəqiblərini yanaşmalarını yenidən baxmağa və “Uber”ə qoşulmağa çağırıb.
Xatırladaq ki, “Uber”in sürücülərin hüquqları ilə bağlı məhkəmə prosesi 2016-cı ilin fevral ayından davam edir. Şirkət ABŞ-ın Qiymətli Kağızlar və Birjalar Komissiyasına İngiltərədəki sürücülərin statusunu dəyişdirdiyini bildirib.
İşçilərin statusu ilə bağlı problemlər digər ölkələrdə də var: Kaliforniyada xidmət digər aqreqatorlarla birlikdə genişmiqyaslı kampaniyaya başlayıb.