10 C
Baku
Friday, December 13, 2024

“Azərişıq” Rusiya-Türkiyə Monitorinq Mərkəzinin elektrik təchizatına 1.3 milyon manat xərcləyəcək

“Azərişıq” ASC “Everest Tikinti” MMC ilə müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə Ağdam rayonu, Mərzili kəndi ərazisində yerləşən “Beynəlxalq Sülhməramlıların Monitorinq Mərkəzi”nin elektrik təchizatı nəzərdə tutulur.

Müqavilənin ümumi məbləği isə 1 313 345 manatdır.

Qeyd edək ki, Azərbaycan və Rusiya prezidentləri, eləcə də Ermənistan baş nazirinin birgə bəyanatının müvafiq bəndi ilə yaradılan Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi 2021-ci il yanvarın 30-da fəaliyyətə başlayıb.

 

Son xəbərlər
Digər xəbərlər