BMT-nin Ticarət və İnkişaf Konfransı (UNCTAD) 2021-ci ildə qlobal iqtisadi böyümə proqnozunu 4.7%-ə yüksəldib.
Banker.az bu barədə “Banki.ru”ya istinadən xəbər verir.
Xatırladaq ki, təşkilatın sentyabr ayının proqnozu 4.3% artım nəzərdə tutmuşdur.
“Qlobal iqtisadiyyatın bu il 4.7% böyüməsi gözlənilir – sentyabr ayında proqnozlaşdırılan göstəricidən (4.3%) daha çox. Belə ki, peyvənd paylanmasındakı irəliləyiş və ABŞ-ın qəbul etdiyi 1.9 trilyon dollarlıq yeni iqtisadi dəstək proqramı sayəsində istehlak xərclərinin artması baş verəcək”, – deyə UNCTAD-ın məruzəsində deyilir.
Ekspertlər bu ilin sonuna qədər qlobal iqtisadi artımın Covid-19 pandemiyasından əvvəl mövcud olan tendensiyanın 5%-dən aşağı olacağını proqnozlaşdırırlar. “Bu tendensiyanın 2020 və 2021-ci illərdə davam etdiyini düşünsən, pandemiya bu ilin sonuna qədər 10 trilyon dollara başa gələcək”.
UNCTAD-a görə, qlobal iqtisadiyyatın tənəzzülü ən çox məhdud maliyyə sahəsi və beynəlxalq dəstəyi az olan inkişaf etməkdə olan ölkələrdə özünü göstərir.