Azərbaycanda koronavirusa yoluxma sayının artmasını ölkəmizdə Britaniya ştammının olması ilə əlaqələndirmək doğru deyil.
Bunu TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev deyib.
O, qeyd edib ki, adi bir insan özü COVİD-19-un Britaniya ştammına yoluxub-yoluxmamasını təyin edə bilməz:
“Bu ştammın da əlamətləri eynidir, onun sadəcə yoluxduruculuq qabiliyyəti yüksəkdir. Bu ştamma yoluxma zamanı təyin olunan müalicədə də hər hansı fərq yoxdur”.
Qeyd edək ki, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Genetik Diaqnoz Mərkəzində “Sars Cov-2” genom analizi edilən üç nümunədə 501Y.V1, B.1.1.7 (Britaniya ştammı) aşkar edilib.