12 C
Baku
Wednesday, December 11, 2024

“Zəyəm Texnologiyalar Parkı”na əlavə maya qoyulur

30 aprel 2021-ci il saat 11.00-da Şəmkir rayonu, Zəyəm şəhər tipli qəsəbə, S. Vurğun küçəsi 24 nömrəli ünvanda “Zəyəm Texnologiyalar Parkı” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.

Banker.az xəbər verir ki, Ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir;
1.ASC-nin nizamnamə kapitalının artırılması və yeni səhmlərin emissiyası.
2. ASC-nin nizamnaməsinə dəyişiklik edilməsi.
3. Digər cari məsələlər.

Qeyd:
• Səhmdarlar növbədənkənar ümumi yığıncağın gündəliyinin materialları ilə ümumi yığıncaq zamanı tanış ola bilərlər.
• Mövcud pandemiya vəziyyəti ilə əlaqədar ölkə ərazisində sərt karantin rejimi olarsa, səhmdarların növbədənkənar ümumi yığıncağa onlayn şəkildə qoşulmaları və izləmələri üçün 3 gün əvvəlcədən ASC-yə məlumat vermələri xahiş olunur.
• Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, hər bir səhmdar ümumi yığıncaqda iştirak hüququnu özü və ya nümayəndəsi vasitəsi ilə həyata keçirə bilər. Sonuncu halda nümayəndənin səlahiyyəti qanunvericiliklə müəyyənləşdirilmiş formada tərtib olunmuş etibarnamə ilə təsdiq edilməlidir.

Bildirək ki, “Zəyəm Texnologiyalar Parkı” Şəmkir rayonu, Zəyəm qəsəbəsində fəaliyyət göstərir. “Zəyəm Texnologiyalar Parkı” ASC-nin 234 səhmdarı var. ASC uzun illər “ATA Holdinq” şirkətlər qrupunun tərkibində fəaliyyət göstərib.

Son xəbərlər
Digər xəbərlər