11 C
Baku
Wednesday, December 11, 2024

Biznes Təhlil Şöbəsi/Mütəxəssis (Rabitabank)

TƏLƏBLƏR:

•     Ali iqtisadi təhsil
•    Ən azı 2 il bank və yaxud bank olmayan kredit təşkilatında biznes kreditlərin verilməsi,
•     biznes kreditləri təhlili  sahəsində iş təcrübəsi
•    Maliyyə göstəricilərinin təhlili bacarığı
•    Analitik düşüncə tərzi
•    Məsuliyyətlilik, ünsiyyətlilik, təşəbbüskarlıq,
•    Tez və düzgun qərar vermək bacarığı
•    Microsoft Office proqramlarında işləmə bacarığı

İŞÇININ VƏZIFƏSI:

•     Müştərinin ödəniş qabiliyyətini təhlil etmək
•     Maliyyə hesabatlarını təhlili və rəy verilməsi
•     Filiallar tərəfindən təqdim olunmuş biznes yönümlü kreditlərə yerində baxış keçirilməsi və müştərinin maliyə vəziyyəti barədə struktur rəhbərinə hesabat təqdim edilməsi
•     Filiallar tərəfindən təqdim olunmuş biznes yönümlü kredit layihələrinin  müvafiq kredit Komitəsində təqdim edilməsi
•     Mikro və SME kreditləri portfelinin vəziyyəti barədə hesabat hazırladıqdan sonra müvafiq tədbirlər görülməsi bu barədə  şöbə rəisinə təkliflər təqdim edilməsi
•     Xidmət srukturu tərəfindən şöbəyə daxil olmuş kredit sifarişlərinin qaydalara uyğunsuzluğu haqqında rəy verilməsi

Maraqlanan şəxslərdən, CV-lərini mövzu yerində vakansiyanın adını qeyd etməklə [email protected] -mail ünvanına göndərmələri və ya Rabitabankın saytında CV formasınıdolduraraq müraciət etmələri xahiş olunur

Son xəbərlər
Digər xəbərlər