7 C
Baku
Sunday, December 15, 2024

Balakəndə yeni meyvə emalı zavodu yaradılır – 16 milyon manatlıq layihə

Balakəndə yeni meyvə emalı zavodu yaradılır

Banker.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, yeni zavod “BalaCans” MMC-nin Balakəndə tikilən meyvə emalı zavodudur. Hazırda müəssisədə son tamamlama işləri aparılır.

İldə 1.5 mln. litr meyvə şirəsi istehsal etmək gücündə olan zavodda 80 iş yeri açılacaq.

Ümumi investisiya dəyəri 16.1 mln. manat olan layihəyə İqtisadiyyat Nazirliyi tərəfindən investisiya təşviqi sənədi, Sahibkarlığın İnkişafı Fondu tərəfindən 7 mln. manat güzəştli kredit verilib.

Zavodun yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulur.

Son xəbərlər
Digər xəbərlər