22 C
Baku
Thursday, October 10, 2024

Öz iradəsi əleyhinə müstəqillik qazanan ölkə

Sinqapur – dünyada müstəqilliyini öz iradəsi əleyhinə qazanan yeganə ölkədir. Sinqapur 1963-cü ildə vahid Malayziya dövlətini yaratmaq məqsədilə Malay Federasiyası, Şimali Borneo və Saravak ilə birləşir. Bu ittifaq uğursuz və qısa müddətli idi.

Sinqapur və federal Malayziya rəhbərliyi arasında həddindən artıq çox sayda ideoloji fərqlər mövcud idi və bu qarşılıqlı inamsızlığa, iqtisadi, maliyyə və sosial siyasətdə fikir ayrılığına gətirib çıxarırdı. İllər ərzində gərginlik artırdı. Bu zaman malayziyalılar Malayziya Konstitusiyasının 153-cü maddəsinə əsasən xüsusi iqtisadi və maliyyə imtiyazları əldə edirdilər. Beləliklə, 1964-cü ildə qiyam qaldırılır.

10888757_872234966140160_4942402447014657199_n

Daha çox qan tökülməsinin qarşısını almaq üçün 7 avqust 1965-ci ildə Sinqapur parlamentin yekdil qərarı ilə Malayziya tərkibindən çıxarılır. Lu Kuan Yu gözləri yaşlı halda Sinqapurun suverenlik və müstəqilliyi barədə xəbəri çatdırarkən demişdi: “Bu mənim həyatımın ən kədərli anıdır. Mən inanırdım ki, iki dövlət birlikdə vahid ola bilər”.

Həmin gün Sinqapur müasir tariximizdə öz iradəsindən asılı olmayaraq müstəqillik əldə edən yeganə dövlətə çevrilir. Yeni dövlət Sinqapur Respublikası adlandırılır. Onun prezidenti isə Yanq di-Pertuan Neqara olur.

Son xəbərlər
Digər xəbərlər