Azərbaycanda ödəniş kartlarının sayının artması 2021-ci ilin Fevral ayında da davam edib.
Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, 2021-ci ilin fevral ayının sonunda ödəniş kartlarının ümumi sayı 9 milyon 579 min ədəd təşkil edib.
Yanvar ayının sonu ilə müqayisədə fevral ayı ərzində cəmi ödəniş kartlarının sayı 166 min ədəd artıb.
Fevralda sosial kartların sayı 35 min ədəd artaraq 3 milyon 449 min ədədə yüksəlib.
Əməkhaqqı kartlarının sayı 3 min ədəd artaraq 2 milyon 528 min ədədə, sosial və əməkhaqqı kartı olmayan digər debet kartlarının sayı 113 min ədəd artaraq 2 milyon 481 min ədədə, kredit kartlarının sayı isə 16 min ədəd artaraq 1 milyon 121 min ədədə çatıb.