BOKT “EmbaFinans” QSC-nin İdarə Heyəti üzvlərinin biri dəyişib.
Banker.az xəbər verir ki, Bağırov Cavid Nadir oğlu BOKT-un İdarə Heyətinə yeni üzv seçilib.
O, bu vəzifədə Əzimov Ruslan Əzim oğlunu əvəz edib.
Qeyd edək ki, “EmbaFinans” 2012-ci ildə yaradılıb və 10 milyon manat nizamnamə kapitalına sahibdir. Səhmlərinin 60%-i Elşad Abbasova, 40% -i isə Məşhur Məmmədova məxsudur.