2021-ci ilin yanvar-fevral aylarında 16 milyon 689 min 300 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub.
Banker.az xəbər verir ki, bu da illik müqayisədə 4.4 faiz çoxdur.
Bu dövr ərzində diri çəkidə ət istehsalı 3861 ton, süd istehsalı 5316 ton olmuşdur. 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 4.5 faiz, süd istehsalı isə 1.7 faiz artmışdır.