21 C
Baku
Friday, October 11, 2024

“PAŞA Bank” 3 bankın istiqrazlarının market-meykerliyinə başlayır

Yanvarın 7-dən “PAŞA Bank” ASC “PAŞA Kapital” MMC vasitəsi ilə BFB-də “Accessbank” ASC və “Unibank KB” ASC-nin istiqrazlarının market-meykerliyinə başlayır.

BFB-dən  bildirilib ki, market meykerin istiqrazların hər biri üzrə üzərinə götürdüyü alış öhdəliklərinin həcmi 200 min manat, alış və satış qiymətləri arasındakı qiymət dəhlizi 5 faiz təşkil edir.

Bütün market-meyker kotirovkaları Bakı Fond Birjasının elektron ticarət sistemində gündəlik olaraq saat 10:00-dan etibarən təqdim olunur, həmçinin BFB-nin veb-səhifəsində dərc edilir http://www.bfb.az/about-markets/market-meyker-kotirovkalari.

Son xəbərlər
Digər xəbərlər