“Azinterservis” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı 16 may 2021-ci il, saat 11:00-da Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi, Namiq Quliyev küçəsi, 17 ünvanında keçiriləcəkdir.
Banker.az xəbər verir ki, iclasın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. Səhmdar cəmiyyətin 2020-ci il üzrə maliyyə-təsərrüfat fəaliyyəti barədə idarə heyətinin hesabatı;
2. Cəmiyyətin idarə heyətinin sədrinin seçilməsi.
3. Digər məsələlər.
Ümumi yığıncaqda bütün səhmdarların şəxsiyyətini təsdiq edən sənədlə iştirakı vacibdir. Əlaqə telefonu: (050) 675 01 90 “Azinterservis” ASC-nin sədri