1 C
Baku
Saturday, December 14, 2024

Bakıda bankomatlardan 64 min manatdan çox pul oğurlanıb

Paytaxtın Yasamal rayonunda banklardan birinə məxsus bankomatın saxlanc yerini qıraraq orada olan 15 457 manat pulu oğurlamaq istəyən şəxs saxlanılıb.

Banker.az xəbər verir ki, bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bakı Şəhər Baş Polis İdarəsi və Yasamal Rayon Polis İdarəsinin 26-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Coşqun Həsənov cinayət başındaca tutularaq istintaqa təqdim olunub.

Araşdırma zamanı bu şəxsin cari ilin fevral ayında paytaxtın Nərimanov rayonu Təbriz küçəsindəki bankomatlardan birindən 48 840 manat pul oğurladığı da müəyyən edilib.

 

Son xəbərlər
Digər xəbərlər