Azərbaycanda POS-terminalların sayı yanvar-fevral aylarına 57 655 ədəd təşkil edib.
Banker.az Azərbaycan Mərkəzi Bankının statistikasına istinadən xəbər verir ki, ilk iki ayda pərakəndə ticarət obyektlərində quraşdırılan POS-terminalların sayı 535 ədəd artıb.
Ötən ilin müvafiq dövründə isə POS-terminalların sayı 70 min 90 ədəd olub. İllik müqayisədə 12 min 435 ədəd azalaraq geriləyib.
Qeyd edək ki, cari ilin ilk iki ayında Bakıda quraşdırılan post-terminalların sayı 37 min 854, regionlarda isə 19 min 801 olub.