“Apple”ın növbəti virtual təqdimatı 7-11 iyun tarixlərinə keçiriləcək

“Apple”ın növbəti onlayn-təqdimatı 7-11 iyun tarixlərində keçiriləcək.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

Qeyd edək ki, şirkət artıq ikinci dəfədir ki, pandemiyaya görə konfransını virtual formatda keçirilir.

Tədbir dörd gün davam edəcək. Verilən məlumata görə, “Apple” yeni iOS, iPadOS, macOS, watchOS və tvOS əməliyyat sistemlərini təqdim edəcək.

Şirkətin qlobal inkişaf əlaqələri üzrə vitse-prezidenti Syuzan Preskottun (Susan Prescott) qeyd etdiyi kimi, “Apple” bu təqdimatını ən böyük konfransa çevirmək istəyir.

Xatırladaq ki, 2020-ci ildə də “Apple”ın təqdimatı onlayn olaraq keçirilmişdir. Keçən il tədbirdə iştirak ödənişli olmuşdur və bütün inkişafetdiricilər şirkətin qərargahına dəvət edilmişdir.

WWDC 2020-nin fərqləndirici xüsusiyyəti şirkətin qeyri-ənənəvi təqdimatı olmuşdur. Adi tədbir əvəzinə “Apple” izləyicilər üçün film hazırlamışdır. Bundan əlavə, şirkət öz prosessorlarına keçdiyini açıqlamışdır.

Son xəbərlər
Digər xəbərlər