10 C
Baku
Wednesday, December 11, 2024

Dünya Bankı: Azərbaycanın ÜDM-i bu il 2.8% artacaq

Dünya Bankının yeni proqnozuna görə, 2021-ci ildə Azərbaycan iqtisadiyyatı 2.8% artacaq.

Bu barədə Dünya Bankının region üzrə dərc olunmuş yeni hesabatında məlumat verilir.

Bank 2022-ci ildə iqtisadi artımın 3.9% olacağını proqnozlaşdırır.

Qeyd edək ki, ötən yanvar proqnozu ilə müqayisədə Dünya Bankı 2021-ci il üçün Azərbaycan iqtisadiyyatı üzrə gözləntilərini 0.7 faiz bəndi artırıb, 2022-ci il üçün isə 0.6 faiz bəndi azaldıb.

Xatırladaq ki, 2020-ci ildə Azərbaycanda ÜDM 4,3% azalıb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər