9 C
Baku
Thursday, December 12, 2024

“Kontakt Home” Planetin ən böyük ekoloji aksiyasına qoşuldu – VİDEO

“Kontakt Home” mağazalar şəbəkəsi planetin ən kütləvi ekoloji aksiyası olan “Yer saatı”na (Earth Hour) qoşulub. Ətraf mühitin qorunmasına hər zaman önəm verən “Kontakt Home” Azərbaycanda bu aksiyaya qoşulan ilk riteyl şəbəkəsi olub və martın 27-si saat 20:30-da bütün mağazalarında işıqları 1 saatlıq söndürüb. 

29 mağazada 1 saatlıq işıqların söndürülməsi nəticəsində ümumilikdə 268,77 kVts elektrik enerjisinə qənaət edilib, bununla da 170 kq karbon qazının təbiətə tullantısının qarşısı alınıb. Nəzərə alsaq ki, “Kontakt Home” mağazalarının işıqlandırmasında istifadə olunan elektrik işlədicilərinin əksəriyyəti enerji qənaətlidirlər, bu rəqəm kifayət qədər böyükdür. 

Belə ki,

  • 1 avtomobilin orta hesabla gündəlik 9 kq karbon qazı ifraz etdiyini nəzərə alsaq, bu rəqəm 19 avtomobilin gündəlik karbon ifrazına;
  • Yaxud 3 nəfərlik ailənin orta hesabla gündəlik 9,9 kVts elektrik enerjisi istifadə etdiyini nəzərə alsaq, bu rəqəm 27 belə ailənin gündəlik elektrik enerjisi istifadəsinə bərabərdir.

Əgər tək “Kontakt Home”-un bu təşəbbüsü belə fərqindəlik yarada bilibsə, Bakının bütün mağazaları bircə saatlıq işıqlarını söndürsə, həmin qənaətlə 1 qəsəbəni işıqlandırmaq olar. “Yer Saatı”nın da məqsədi məhz insanları ətraf mühitə daha həssas yanaşmağa və təbii resurslara qənaət etməyə çağırmaqdır. Çünki atmosferdə karbon qazının miqdarının çoxalması coğrafi terminlə desək, “istixana effekti”nə gətirib çıxarır, bu da qlobal istiləşmənin ən əsas səbəblərindəndir.

Aksiya çərçivəsində hər il dünyanın 180 ölkəsindən milyonlarla insan, eyni zamanda dövlət və kommersiya təşkilatları həyati əhəmiyyət daşımayan bütün elektrik cihazlarını bir saatlığa söndürürlər. İndiyədək Big Ben, Kolizey, Eyfel qülləsi, Qız Qalası kimi məşhur memarlıq abidələri “Yer Saatı”na qoşulublar. 

 “Kontakt Home”-un aksiyasından olan videoçarxı buradan izləyə bilərsiniz:

Qeyd edək ki, “Kontakt Home” Korporativ Sosial Məsuliyyət strategiyasına uyğun olaraq ekoloji aksiyalarda fəal iştirak edir. Bununla yanaşı, təqdim etdiyi məhsulların da ətraf mühitin qorunmasında iştirakına xüsusi diqqət yetirir. Şəbəkə bu məqsədlə “A” enerji qənaəti siniflərinə aid məhsulların geniş çeşidini insanlara təklif edir. Bu sinfin məhsulları daha az elektrik enerjisi sərfiyyatına malik olmaqla, həm ailə büdcəsinə qənaət edir, həm də ətraf mühitin qorunmasında iştirak edirlər.

Hər zaman innovativ xidmətləriylə insanları sevindirən “Kontakt Home” yaxın illərdə fəaliyyətinin bütün istiqamətlərində təbiət dostu olmağı hədəfləyib. 

Son xəbərlər
Digər xəbərlər