10 C
Baku
Thursday, December 12, 2024

2021-ci ildə Azərbaycanın xarici dövlət borcu ÜDM-in 17.1%-ni təşkil edəcək – Proqnoz

Dünya Bankının yeni proqnozuna əsasən, 2021-ci ildə Azərbaycanın xarici dövlət borcu ÜDM-in 17,1%-ni təşkil edəcək. Bu, ötən proqnoz ilə müqayisədə 2,9 faiz bəndi azdır.

Bu barədə Dünya Bankının region üzrə dərc olunmuş yeni hesabatında deyilir.

Hesabata görə, 2022-ci ildə bu göstəricinin ÜDM-in 16,7%-nə, 2023-cü ildə isə 16,5%-nə bərabər olacağı proqnozlaşdırılır.

Qeyd edək ki, “Moody’s Investors Service” şirkətinin sonuncu proqnozuna əsasən, bu il ölkənin xarici dövlət borcu ÜDM-in 19,4%-ni təşkil edəcək.

Xatırladaq ki, cari ilin yanvarın 1-nə Azərbaycanın xarici dövlət borcu 8 821,5 mln. ABŞ dolları (14 996,5 mln. manat) və ya ÜDM-in 20,7%-ni təşkil edib. 2019-cu ilin yekunlarına əsasən isə bu göstərici 8,927 mlrd. dollar və ya ÜDM-in 19%-nə bərabər olub.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər