10 C
Baku
Friday, December 13, 2024

Azərbaycandan xaricə yönəldilmiş investisiyaların həcmi 66% azaldı

2020-ci ildə Azərbaycanın xaricə yönəldilmiş birbaşa investisiyaların həcmi kəskin azalıb.

Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2020-ci ildə xaricə birbaşa investisiyaların həcmi 825 milyon dollar olub. Bu da öncəki illə müqayisədə 1 607 milyon dollar, yaxud 66 faiz az olması deməkdir.

2020-ci ilin ilk rübündə 337 milyon, ikinci rübündə 182 milyon, üçüncü rübündə 1 milyon və dördüncü rübündə 305 milyon dollar həcmində birbaşa investisiya yönəldilib.

Son xəbərlər
Digər xəbərlər