Dünya Bankının yeni proqnozuna görə, bu il Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı 2.5% artacaq.
Bu barədə Dünya Bankının region üzrə dərc olunmuş yeni hesabatına istinadən xəbər verir. Hesabata görə, 2022-2023-cü illərdə sözügedən sektorda istehsal artımı eyni səviyyədə – 3.2% olacaq.
Qeyd edək ki, 2020-ci ildə ölkədə kənd təsərrüfatı məhsullarının istehsalı 2%, 2019-cu ildə isə 7.2% artıb.







