6 C
Baku
Monday, December 16, 2024

“Avstriya vergisi”

Avstriya – Avropa ölkələri sırasında dağ-xizək əyləncəsi və məşğuliyyəti üçün ən populyar ölkələrdən biridir. Hər il dünyanın hər bir yerindən xizəklə və digər qış idman növləri ilə məşğul olmaq istəyənlər buraya üz tuturlar. Avstriya hökuməti isə onları qeyri-adi vergi ilə qarşılamaq qərarına gəlib. Turistlərin tibbi sığortasının olması Avstriya hökumətinə “kifayət” qədər görünmür və rəhbərlik “gips vergisi” adını almış vergitutma növü yaradır. Hər il təqribən 150 min dağ xizəkçisi bu idmanla məşğul olarkən travmalar alır və yerli xəstəxanalarda müalicə almaq məcburiyyətində qalır.

Onların hər birinin müalicəsinə sərf edilən pulları hesablayan Avstriya hökuməti idmançılardan əlavə vergi tutmaq qərarına gəlir və bu məbləğ dağ xizək xidmətlərinə daxil edilir. Hökumət toplanmış bütün məbləği sınıq və travmaların müalicəsi üçün tibb müəssisələrinə yönəldir. Beləliklə, xizəkçilər öncədən bir növ özlərini və digər idmançıları sığorta etmiş olurlar.

Son xəbərlər
Digər xəbərlər