“Microsoft” korporasiyası ABŞ ordusu üçün artırılmış reallıq cihazlarının istehsalına başlayacaq.
Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.
Şirkət “HoloLens” texnologiyası əsasında artırılmış reallıq cihazlarının istehsalı üçün müqavilə imzalayıb. Ümumilikdə, “Microsoft” orduya yaxın on il ərzində dəyəri 21.88 milyard dollar olan 120 min cihaz təqdim edəcək.
Xatırladaq ki, 2018-ci ildə korporasiya IVAS (Integrated Visual Augmentation System) prototiplərinin inkişafına dair 480 milyon dollarlıq müqavilə imzalayıb. Qarışıq reallıq dəbilqələri əsgərlərə bir sistemdə məşq etməyə və döyüşməyə imkan verəcək.
Bu, şirkətin hərbiçilərlə əməkdaşlıq etdiyi ilk hal deyil. 2019-cu ildə “Microsoft” Müdafiə Nazirliyinə bulud xidmətlərinin tədarükünə dair müqavilə imzalayıb.