Çeçenistan Respublikasının lideri Ramzan Kadırovun namizədliyi “son 15 ildə tarixən mürəkkəb olan bölgədə etibarlı sülhün qurulmasına və qoruyub saxlanılmasına verdiyi töhfəyə görə” 2021-ci ilin Nobel Sülh mükafatına irəli sürülüb.
Banker.az bu barədə “İz.ru”ya istinadən xəbər verir.
“Ramzan Kadırov keçən il də beynəlxalq sülh mükafatına namizəd olub, mükafatın özü Sülh və İnkişaf İnstitutu tərəfindən təsisi edilib”, – deyə materialda deyilir.
Keçən il təşkilat üzvləri Kadırovun beynəlxalq əlaqələrin, humanitar və təhsil proqramlarının, eləcə də dinlərarası əlaqələrin inkişafındakı xüsusi töhfəsini qeyd edirlər.
Nobel sülh mükafatı – Osloda Nobel Komitəsi tərəfindən hər il fiziki şəxslərə və təşkilatlara verilən mükafatdır, 1901-ci ildən bəri mövcuddur.