“SOCAR Polymer” MMC bu ilin yanvar-fevral aylarında 29.9 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatına görə, bu, 2020-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 9.9 milyon ABŞ dolları və yaxud 49.5% çoxdur.
Qeyd edək ki, 2020-ci ilin yanvar-fevral ayları ərzində “SOCAR Polymer” MMC xarici ölkələrə 20 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib
Qeyd edək ki, polipropilen “SOCAR Polymer”in illik istehsal gücü 184 min ton olan Polipropilen Zavodunda istehsal edilir. 2018-ci ildən burda polipropilenin ixracına başlanılıb.