8 C
Baku
Friday, December 13, 2024

“Muğanbank”‌ ‌ASC‌ ‌nizamnamə‌ ‌kapitalını‌ ‌artırdı‌ ‌

“Muğanbank” ASC-nin 01 aprel 2021-ci il tarixdə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən AZ1001005466 qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış ümumi məbləği 5 000 000 AZN təşkil edən, hər birinin nominal dəyəri 200 AZN olan 25 000 ədəd adi sənədsiz adlı səhmlərinin yerləşdirilməsi tam başa çatmışdır.  

Yerləşdirmədən sonra “Muğanbank” ASC-nin nizamnamə kapitalı 102,5 mln manatdan 107,5 mln manata  çatmışdır. 

Azərbaycan maliyyə-bank sektorunun tanınmış qurumlarından biri olan “Muğanbank” ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Hal-hazırda Bankın ölkə ərazisində 27 filialı və 10 şöbəsi, həmçinin Moskva şəhərindəki nümayəndəliyi hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir. “Muğanbank” ASC ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), ICBC Bank – Industrial and Commercial Bank of China təşəbbüsü ilə yaradılan “Belt and Road Bankers Roundtable Mechanism” (BRBR – “Bir Kəmər-Bir Yol” Banklarının Dəyirmi Masası), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), ABŞ-ın WorldBusiness Capital (WBC) investisiya fondu, Xarici Özəl İnvestisiyalar Korporasiyası (OPIC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), İnkişaf üçün Yaşıl Fond (GGF), Cənub-Şərqi Avropa üzrə Avropa Fondu (EFSE), Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondu (SBFIC) kimi beynəlxalq iqtisadi qurumlarla əməkdaşlıq edir.

 

 

Son xəbərlər
Digər xəbərlər