İstənilən kredit təhlili kredit riskinin dərəcəsini təyin etmək məqsədilə həyata keçirilir. Artıq uzun illərdir qəbul edilmiş və Qərb təcrübəsində məsləhət görülən üsul ilə potensial borcalanın etibarlılığı ödəniş qabiliyyəti, kapital, xarakter, girov və şərtlər kriteriyalarına əsaslanaraq təhlil edilir.
Bu kriteriyaların hər birinə ayrılıqda nəzər salaq
Xarakter
Xarakter ən vacib və qiymətləndirmə nöqteyi-nəzərindən bir o qədər də çətin kriteriyadır. Kreditor bilməlidir: borcalan səmimi və yaxud fırıldaqçıdır, əməksevərdir və yaxud işə qarşı maraqsızdır, qənaətcildir və yaxud bədxərcdir və s. Bütün keyfiyyətlərin kombinasiyası borcalanın ümumi xarakterini yaradır. Potensial borcalan qismində çıxış edən etibarsız şəxs kreditor üçün böyük risk təşkil edir. Belə ki, kreditor onun tərəfindən təqdim edilən məbləğin dəqiqliklə geri qaytarılacağına əmin ola bilməz.
Xarakterin müxtəlifliyini nəzərə alaraq kreditor hər bir individual borcalanın xarakter qiymətləndirilməsinə necə yanaşmalıdır? Borcalanın xarakter qiymətləndirilməsi özündə həmin şəxsin keçmişdə və indiki zamanda maliyyə öhdəliklərini necə yerinə yetirməsini əks etdirir.
Ödəniş qabiliyyəti
Ödəniş qabiliyyəti – krediti imzalanmış müqaviləyə əsasən faizləri birgə ödəyə bilməkdir. Ödəniş qabiliyyəti iki amildən asılı ola bilər: birincisi, borcalanın müvafiq maliyyə vəziyyəti, ikincisi isə kredit və faizləri vaxtında ödəməyə kifayət edən xalis gəlirin tənzimlənməsi.
Borcalanın maliyyə vəziyyəti həmin şəxsin gəlir və xərclərinin öyrənilməsinin köməkliyi ilə qiymətləndirilir. Daha sonradan, xərclərdən sonra yerdə qalan məbləğə əsaslanaraq kreditin mümkün sərhədi təyin edilir. Borcalana məxsus bütün əmlak və aktivlərin nəzərə alınması mütləqdir.
Kapital (EQITY)
Kapital dedikdə borcalanın özünün təqdim edə biləcəyi məbləğ nəzərdə tutulur. Daha doğrusu bu məbləğ borcalanın artıq hansı miqdarda əmlaka sahib olduğunu nümayiş etdirir. Kapital payının az olması halında borcalan kreditin ödənilməməsinin mümkün risklərini aradan qaldırmaq məqsədilə bu riskləri sığortalamalıdır.
Girov
Girov dedikdə kreditorun konkret kredit üçün zəmanət qismində götürdüyü daşınmaz əmlak nəzərdə tutulur. Girov həmçinin kreditin ödənilməsi üçün əlavə mənbə kimi məşhurdur.
Borcalanlar tərəfindən təklif edilən istənilən daşınmaz əmlak nümunələri müəyyən xassələrə malik olmalıdır. Məsələn, daşınmaz əmlakın dəyəri sabit olmalı və yaxud bazardakı vəziyyətdən asılı olmamalıdır.
Şərtlər
Şərtlərin təhlili özündə daxili və xarici amillərin qiymətləndirilməsini, həmçinin konkret kreditin şərtlərini və davamiyyətini əks etdirir. Daxili və xarici amillərin təhlili çox vacibdir. Xarici amillər – iqtisadiyyatın vəziyyəti, maliyyə sektorunun vəziyyəti, daxili təhlükələr və s. kreditin ödənilməsinə təsir edir.
Daxili amillərə isə konkret maliyyə institutunun kredit siyasətini, kredit büdcəsini, kredit müşayiəti üçün mütəxəssislərin olması və s. daxildir.
Kredit təhlili bütün bu aspektləri diqqət mərkəzində saxlayır.