8 C
Baku
Thursday, November 7, 2024

OPEC+ alyansının hasilatla bağlı artım xəbəri nefti ucuzlaşdırır

Neft bir neçə günlük tətildən sonra həftənin ilk iş gününə may fyuçerslərində ucuzlaşma ilə start verir.

Banker.az xəbər verir ki, Brent markalı xam neftin bir barreli Londonun ICE qitələrarası fond birjasında 0.57 dollar, yaxud 0.88% ucuzlaşma ilə 64.29 dollar/barrel olub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı xam neftin qiyməti 0.50 dollar, yaxud 0.81% artımla 60.95 dollar/barrel olmuşdur.

Qeyd edək ki, OPEC+ ölkələri və əsasən də Rusiya və Səudiyyə Ərəbistanı növbəti may və iyun aylarından hasilatın 2 mln barrel/günlük artımı barədə müzakirələrin aparacaqlar.

Əlavə olaraq “Saudi Armaco” Asiya ölkələri üçün neftin hər barelində 20-50 sent qiymət artımına gedir.

Son xəbərlər
Digər xəbərlər