9 C
Baku
Friday, December 13, 2024

Fevralda Azərbaycanda sürətli pul köçürmələr azalıb

Azərbaycanda sürətli pul köçürmələrinin həcmi azalıb.

Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, banklara daxil olan sürətli pul köçürmələrin sayı 164.5 min ədəd təşkil etməklə  məbləği 139.9 mln. manat olub (hər birinin məbləği ortalama 850.8 manat olmaqla).

Bildirək ki, bu növ pul köçürmələrdən banka daxil olmaların həcmi cari ilin yanvarında 135.1 mln. manat, ötən ilin eyni dövründə 157.6 mln. manat təşkil edib.

Bundan əlavə banklardan kənara 80.4 minlik əməliyyat baş tutub ki, bunun məbləği 84.9 mln. manat təşkil edib (hər birinin məbləği ortalama 1 056 manat). 2021-ci ilin yanvar ayında banklardan kənara 80.5 mln. manat, öncəki il isə 87.8 mln. manat vəsait köçürülmüşdü.

Son xəbərlər
Digər xəbərlər