6 C
Baku
Sunday, December 15, 2024

Əhalinin pul köçürmələri: Hansı ölkələrlə müsbət, hansılarla mənfi saldosu var

2020-ci il üzrə statistikaya baxdıqda məlum olur ki, Rusiya Federasiyasından Azərbaycana fiziki şəxslər üzrə pul baratlarında daxilolmada ən yüksək həcmə malik olan ölkə olmaqla yanaşı, eləcə də ən çox köçürülmə olan ölkədir. RF ilə bu əməliyyatlarda Azərbaycanın müsbət saldosu (daxilolmalar köçürülməni üstələdikdə – bu tədiyyə balansında qalıq/kəsir kimi də qeyd edilir) çox böyük göstəriciyə malikdir.

Banker.az bildirir ki, RF siyahıda 457.67 milyon dollarla ilk pillədə, BƏƏ 27.14 milyon dollarla ikinci və Qazaxıstan 25.49 milyon dollarla üçüncü sıradadır.

Fiziki şəxslərin pul baratları üzrə mənfi saldo (yəni, ölkədən xaricə pul köçürülmələri daxil olmaları üstələyir) üzrə lider isə Türkiyədir. Azərbaycanda Türkiyəyə 117.44 milyon dollar pul köçürüldüyü halda, bu ölkədən Azərbaycana cəmi 76.37 milyon dollar daxilolub. Bu səbəbdən də mənfi saldonun həcmi 41.06 milyon dollar təşkil edib. Sıralamanı Gürcüstam və Ukrayna tamamlayır.

231231123123123123

Son xəbərlər
Digər xəbərlər